Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya
İşğaldan azad olunan ərazilərə "Böyük Qayıdış" Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Tərtər rayonlarında əhali üçün ikigünlük kardioloji müayinələr aparılıb.
BAKU.WS xəbər verir ki, əsas məqsəd vətəndaşların ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilməsidir.
Tibbi müayinə aksiyası çərçivəsində şəhid və veteran ailələri üçün ExoKQ və EKQ müayinələri, eyni zamanda rayon ictimaiyyəti üçün ürək sağlamlığı haqqında maarifləndirici tədbir təşkil olunub.
Aksiya çərçivəsində ETKİ-nin kardioloqları, tibb bacıları və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqada tərəfindən əhaliyə tibbi baxış keçirilib, ExoKQ və EKQ müayinələri aparılıb. Eyni zamanda qanda şəkərin və ekspres üsulla xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi, yüksək arterial təzyiq və ürəktutma zamanı ilk tibbi yardımın göstərilməsi ilə bağlı maarifləndirici tədbir təşkil olunub. Tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova bildirib ki, işğaldan azad olunan ərazilərdə yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür tibbi aksiyalar ürək-damar xəstəliklərinin erkən aşkarlanmasına və vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verir.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.
Qalereya
Oxşar xəbərlər
Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













