NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
Far.Az xəbər saytı

NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır


ABŞ-nin Donald Tramp administrasiyası Venesuela ilə bu ölkədə Amerika hərbçilərinin uzunmüddətli mövcudluğunu təmin edəcək razılaşma ilə bağlı danışıqlar aparır.

"Far.Az"un məlumatına görə, bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən xəbər verib.

Məlumata görə, dövlət katibi Marko Rubio qüvvələrin statusu haqqında razılaşma kimi tanınan hərbi paktın bağlanması səylərinə rəhbərlik edir. Hərbçilərin uzunmüddətli mövcudluğunun bütün detalları və onların yerləşdirilmə yerləri sonrakı razılaşmalarda işlənib hazırlanacaq.

Bununla belə qəzet vurğulayır ki, ABŞ-nin ölkədə Amerika hərbi bazalarını tikmək və saxlamaq, yaxud Venesuelanın mövcud bazalarında qoşun yerləşdirmək niyyətində olub-olmadığı məlum deyil.

Dövlət Departamentinin adı çəkilməyən rəsmisi bildirib ki, Vaşinqton Venesuela ilə təhlükəsizlik əməkdaşlığını genişləndirməyi gözləyir, lakin hazırda bazalarla bağlı danışıqlar aparılmır.

Oxşar xəbərlər

Açıq-saçıq rollara çəkilməyən Cessika Albanı Hollivud silmək istədi amma...
Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər