Vuçiç: "Tələbə siyahısı" hərəkatının məqsədi Serbiyanın ənənəvi dəyərlərini ləğv etməkdir
Far.Az xəbər saytı

Vuçiç: "Tələbə siyahısı" hərəkatının məqsədi Serbiyanın ənənəvi dəyərlərini ləğv etməkdir


Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç "Tələbə siyahısı" hərəkatının əsas məqsədinin ölkənin ənənəvi dəyərlərini ləğv etmək olduğunu iddia edib.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, sabiq dövlət başçısı bu barədə "TV Informer" telekanalına müsahibəsində "Aleksandar Vuçiç – Vahid Serbiya" seçki siyahısının nümayəndəsi kimi danışarkən deyib.

Onun sözlərinə görə, "Tələbə siyahısı"nın nümayəndələri Yuli təqviminin əvəzinə Qriqorian təqviminin qəbul edilməsini, həmçinin Serb Pravoslav Kilsəsinin yepiskoplarının dəyişdirilməsini istəyirlər.

O, qeyd edib ki, bu yanaşma Serbiyanın dini və milli ənənələrinin itirilməsinə səbəb ola bilər.

Vuçiç qarşıdakı dövrün ölkə üçün çətin olacağını, lakin özünün dövlətə və Serbiyaya olan sevgisinin onu heç nədən qorxmağa qoymadığını bildirib.

Sabiq prezident son 10 gündə ölkəyə vurulan zərərin əvvəlki altı ay davam edən etirazlar zamanı dəymiş zərərdən çox olduğunu iddia edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər