İran parlamentinin rəsmisi: Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır
Far.Az xəbər saytı

İran parlamentinin rəsmisi: Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır


İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Əmir Həyat Müqəddəm Hörmüz boğazında Hindistan, Çin, İraq və Qətərə məxsus gəmilərin keçid məhdudiyyətlərindən azad edildiyini bildirib.

"Report" xəbər verir ki, o, "İran Tələbə Xəbər Agentliy"inə açıqlamasında Hörmüz boğazında dəniz nəqliyyatının mövcud vəziyyətinə toxunub.

Onun sözlərinə görə, hazırda Hindistan, Çin, İraq və Qətər gəmilərinin boğazdan keçidinə heç bir məhdudiyyət tətbiq olunmur və həmin ölkələrin gəmiləri sərbəst hərəkət edə bilir.

"Hazırda Hindistan, Çin, İraq və Qətəri Hörmüz boğazında keçid məhdudiyyətlərindən azad etmişik. Bu ölkələrin gəmiləri sərbəst şəkildə boğazdan keçir. ABŞ-də həmin gəmilərə müdaxilə etmir", - İran rəsmisi bildirib.

O, Qətərdən Hörmüz boğazından keçid üçün rüsum alınmadığını vurğulayıb. Bildirib ki, bu güzəştlər müəyyən səbəblərə əsaslanır və Tehran qarşılıqlı maraqları nəzərə alaraq qərarlar verir.

Parlament rəsmisi Hindistan gəmilərinə keçid asanlığının bu ölkədən dərman idxalını təmin etmək, Çin gəmilərinə tətbiq edilən güzəştlərin isə Pekinin siyasi dəstəyini qazanmaq məqsədi daşıdığını qeyd edib.

İran rəsmisi Hindistan və Çin gəmilərindən keçid haqqı alındığını, Qətər gəmiləri üçün isə belə ödənişin nəzərdə tutulmadığını da açıqlayıb.

Oxşar xəbərlər

Daşkənddə Əmir Teymurun 690 illiyi münasibətilə beynəlxalq konfrans başlayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər