Daşkənddə Əmir Teymurun 690 illiyi münasibətilə beynəlxalq konfrans  başlayıb
Far.Az xəbər saytı

Daşkənddə Əmir Teymurun 690 illiyi münasibətilə beynəlxalq konfrans başlayıb


Özbəkistanda Əmir Teymurun anadan olmasının 690 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçirilir.

"Far.Az"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, forum Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə təşkil olunub.

Forum 20-dən çox ölkədən 300-dən artıq alim, ekspert, diplomat və ictimaiyyət nümayəndəsini bir araya gətirib.

İştirakçılar arasında aparıcı beynəlxalq təşkilatların, elmi mərkəzlərin, universitetlərin, həmçinin muzey və kitabxanaların nümayəndələri var ki, bu da regionun tarixi-mədəni irsinə artan qlobal marağdan xəbər verir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev konfrans iştirakçılarına müraciət ünvanlayıb, müraciəti dövlət müşaviri, Xalq yazıçısı Xayriddin Sultanov oxuyub.

Dövlət başçısı müraciətində iştirakçıları forumun açılışı münasibətilə təbrik edib və Əmir Teymurun irsinin öyrənilməsi və populyarlaşdırılması istiqamətində səylərin əhəmiyyətini qeyd edərək onu böyük dövlət xadimi, görkəmli sərkərdə, elm, mədəniyyət və incəsənətin himayədarı kimi xarakterizə edib.

"Konfransın Özbəkistanın minillik elmi və mədəni irsinin unikal nümunələrinin cəmləşdiyi İslam Sivilizasiyası Mərkəzində keçirilməsi regionun tarixinin ən parlaq dövrlərindən biri olan Teymurilər dövrünün dərindən təhlili üçün xüsusi əhəmiyyət daşıyır", - müraciətdə qeyd olunub.

Bundan əlavə, müraciətdə vurğulanıb ki, Yeni Özbəkistanda milli tarix və mədəni irsin öyrənilməsi və populyarlaşdırılması, həmçinin gənclərin ümumbəşəri dəyərlər ruhunda tərbiyə edilməsi istiqamətində genişmiqyaslı iş aparılır. Bu baxımdan hər il apreldə Əmir Teymura həsr olunmuş tematik tədbirlərin keçirilməsi barədə qərar qəbul edilib.

Oxşar xəbərlər

Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər