Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm"
Far.Az xəbər saytı

Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm"


"Mən parlamentdə Elm və Təhsil Nazirliyi haqqında danışmışdım. Təhsil nazirinə təkliflər vermişdim ki, İmişli rayon 1 saylı tam orta məktəbinə modul otaqlar göndərilsin. Çünki orada dəhşətli dərəcədə sıxlıq var. Üzərindən bir il keçsə də, göndərilməyib. Həmçinin həmin məktəbin akt zalı sınıq stul, stol, şkafla doldurulub, zibilləri yığıblar ora. Direktorun da əlindən heç nə gəlmir. Nəhayət, mən o akt zalını təmizlətdirdim. Amma yenə də orada müəyyən şeylər qalır. Heyrətimə səbəb olan da odur ki, məktəbin akt zalı işləmirsə, hansı vətənpərvərlik tərbiyəsindən söhbət gedə bilər? Üstəlik, məktəbin səhnəsi də yer olmaması üzündən bufetə verilib".

Far.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Səyyad Aran deyib.

O bildirib ki, həmin məktəb 1964-cü ildə istifadəyə verilib:

"Yəni 62 ildir. Səsləndirdiyim problem isə tam olaraq həllini tapmayıb. Elm və Təhsil Nazirliyi ilə bağlı qeydlərim, iradlarım hələ də həyata keçmir. Parlament nə üçündür? - Gördüklərimizi, bildiklərimizi, xalqın bizə söylədiyi nöqsanları, iradları, məsləhətləri orada danışmaq üçün. Milli Məclisdə də danışırıq, necə deyərlər, mesaj ötürürük ki, belə məsələlər var. Bir il ərzində bu problemi həll edə bilmirsənsə, mənim sənə sözüm yoxdur".

Deputat əlavə edib ki, bu dəfə əsas giley-güzarı Elm və Təhsil Nazirliyindən olub, növbəti dəfə imkan olsa, başqa nazirliklər haqqında da sözünü deyəcək:

"Həmin qurumlarla bağlı qeydlər aparmışam. Parlamentdə növbəti iclaslarda adlarını çəkəcəyəm".

Oxşar xəbərlər

Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Nazir bu müəllimləri təltif edildi - ADLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər