Bədavi Hüseynova görə millimizə texniki məğlubiyyət veriləcək?
Far.Az xəbər saytı

Bədavi Hüseynova görə millimizə texniki məğlubiyyət veriləcək?


Bu gün Bədavi Hüseynovun Andorra - Azərbaycan matçının oyun protokolunda yer almaması ilə əlaqədar milliyə texniki məğlubiyyət verilə biləcəyi barədə xəbərlər yayılıb.

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Bədavi Hüseynovun adı UEFA-nın rəsmi platformasında yayımlanan Andorra - Azərbaycan oyununun protokolunda yer alıb.

Qurumdan, həmçinin bildirilib ki, qarşılaşma ilə bağlı hər hansı qayda pozuntusu və ya texniki məğlubiyyət ehtimalı barədə AFFA-ya rəsmi müraciət daxil olmayıb:

"Təəssüf ki, bu cür xəbərlər AFFA ilə dəqiqləşdirilmədən, qurumun mövqeyi öyrənilmədən ictimaiyyətə təqdim olunur".

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Andorranın Enkamp şəhərindəki "Estadi de la FAF" stadionunda keçirilən yoldaşlıq görüşündə meydan sahiblərini 3:1 hesabı ilə məğlub edib. Millimizin heyətində Eşqin Əhmədov, Musa Qurbanlı və Toral Bayramov (penalti) fərqləniblər. Andorra yığmasının yeganə qolunu isə İzan Fernandes vurub.

Oxşar xəbərlər

Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - YENİLƏNİB
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - YENİLƏNİB-3
Azərbaycan millisi Andorranı məğlub etdi
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər