Ağ Ev həcmi 17 milyard dollardan çox olan ABŞ-Filippin sazişlərinin detallarını açıqlayıb
Far.Az xəbər saytı

Ağ Ev həcmi 17 milyard dollardan çox olan ABŞ-Filippin sazişlərinin detallarını açıqlayıb


ABŞ və Filippin Amerika Prezidenti Donald Trampın Manilaya səfəri zamanı 17 milyard dollardan çox məbləğdə kommersiya əqdləri və strateji investisiyalar barədə razılıq əldə edib.

"Far.Az" xəbər verir ki, bu barədə Ağ Evin məlumat bülletenində deyilir.

Xüsusilə ABŞ-nin "Boeing" və "GE Aerospace" şirkətləri "Philippine Airlines" aviaşirkəti ilə "GE Aerospace" mühərrikləri ilə təchiz olunmuş 20-dək "Boeing 787" təyyarəsinin tədarükünü nəzərdə tutan 12 milyard dollar məbləğində müqavilə bağlayıb. Amerika administrasiyasının qiymətləndirməsinə görə, razılaşmanın həyata keçirilməsi ABŞ-də 47 min iş yerini dəstəkləməyə imkan verəcək.

Vaşinqton və Manila həmçinin ABŞ tədarükçülərindən satınalmalar hesabına Filippinin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün 2 milyard dollardan çox məbləğdə hərbi kredit paketini razılaşdırmaq niyyətindədir. Bundan əlavə, ABŞ Filippin silahlı qüvvələrinin Cənubi Çin dənizindəki potensialını gücləndirmək üçün 400 milyon dollar yönəldəcək.

Tərəflər həmçinin mülki atom energetikası və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində Tramp həmçinin Tailandla ticarət sazişi üzrə əsas danışıqların başa çatdığını elan edib. İmzalandıqdan sonra sənəd malların 99 %-i üçün rüsumların ləğv edilməsini nəzərdə tutur.

Bundan əlavə, Tailand Amerikanın HIMARS reaktiv yaylım atəşi sistemlərinin alınması üçün 123 milyon dollara qədər vəsait ayırmaq niyyətindədir.

Oxşar xəbərlər

AZAL Bakıda "Boeing 787 Dreamliner" uçuş simulyatorunu nümayiş etdirir
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər