Məktəbin həyətində yaranmış kanalizasiya problemi aradan qaldırıldı
Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin həyətində yaranmış kanalizasiya problemi aradan qaldırılıb.
Bu barədə Regional Su Meliorasiya QSC Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən Far.Az-ə məlumat verilib.
***11:51
Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin həyətində çirkab sudan gölməçə yaranıb.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
Şikayətçilər bildirirlər ki, yoldakı çirkab su yığıntısı səbəbilə piyadaların hərəkəti çətinləşib, həmçinin ərazidə antisanitar vəziyyət yaranıb.
Məsələ ilə bağlı Regional Su Meliorasiya QSC Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, problem tam aradan qaldırılacaq.
"Abşeron rayonu, Xırdalan şəhəri 3 nömrəli məktəbin həyətində kanalizasiya xəttində yaranmış tutulma ilə əlaqədar Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş və problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə başlanılmışdır. Hazırda qeyd olunan ünvanda kanalizasiya xəttində yaranmış problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Qısa müddətdə problem tam aradan qaldırılacaqdır", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Bakıda yaranmış daha bir problem aradan qaldırıldı
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Gələn il iki dəfə Günəş və Ay tutulması baş verəcək
Antisanitar şəraitdə fəaliyyət göstərən pivə sexinin fəaliyyəti dayandırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













