Mikayıl Cabbarov: "Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər"
Far.Az xəbər saytı

Mikayıl Cabbarov: "Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər"


Azərbaycan İtaliya ilə ticarət dövriyyəsinin dəyərinin 12 milyard ABŞ dollarından artıq olacağını proqnozlaşdırır.

Far.Az report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

Onun sözlərinə görə, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: "2025-ci ildə ikitərəfli ticarət dövriyyəmizin dəyəri 12 milyard ABŞ dollarına yaxın olub. Bu ilin nəticələrinə görə biz daha yüksək rəqəmi proqnozlaşdırırıq. İlin ilk doqquz ayında bu rəqəm artıq 9 milyard ABŞ dollarını ötüb".

Nazir qeyd edib ki, İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda sənaye, tikinti, enerji, kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir:

"Azərbaycan da İtaliya iqtisadiyyatına uzunmüddətli sərmayə yatırır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə ildə İtaliya iqtisadiyyatına təxminən 3 milyard ABŞ dolları sərmayə yatırıb. Bu ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "İtaliya Petroli" şirkətində nəzarət payı əldə etməsi ölkəmizin İtaliya iqtisadiyyatında uzunmüddətli investor kimi iştirakını gücləndirib".

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər