Ev almaq istəyənlərin DİQQƏTİNƏ! 91 mənzil satışa çıxarılır – Aylıq ödəniş 419 manatdan başlayır
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki yaşayış kompleksindən 27, Sumqayıt şəhəri, Sülh prospektindəki yaşayış kompleksindən 38 və Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsindəki yaşayış kompleksindən 26 mənzili, ümumilikdə 91 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
BAKU.WS Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 419 manatdan başlayır.
Yeni mənzillər noyabrın 24-ü, saat 15:00-dan etibarən seçimə təqdim olunacaq. Vətəndaşlar yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi "Mygov" portalında yerləşən "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən həyata keçiriləcək. Ərizəçilər müraciətlərini SİMA İmzanın biometrik identifikasiya funksionallığı ilə təsdiq edə biləcəklər.
Vətəndaşlar SİMA İmzanın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərlər.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycanda mənzil təminatı: sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli – ARAŞDIRMA
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Nərimanovda premium təmirli mənzillər 36 ayadək faizsiz, daxili kredit imkanı ilə satışda - "Kristal!"
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Norveçdə pensiya yaşı artırıla bilər













