Tramp: ABŞ İranın Xarq adasını nəzarətə götürə bilər
Far.Az xəbər saytı

Tramp: ABŞ İranın Xarq adasını nəzarətə götürə bilər


ABŞ ölkənin ən böyük neft ixracı terminallarından birinin yerləşdiyi İranın Xarq adasını nəzarətə götürə bilər.

"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində jurnalistlərə bildirib.

"Keçən gecə biz Xarq adasına zərbə endirdik. Mən dedim ki, neftə toxunmayın, çünki biz Xarqı nəzarətə götürə bilərik və onlar bununla bağlı heç nə edə bilməyəcəklər. Tapşırdım ki, boru kəmərlərini vurmayın, qalan hər şeyi vurun. Və onlar zərbə endirdilər. Ola bilsin ki, bu gün axşam yenə zərbələr endirsinlər", - Tramp deyib.

ABŞ liderinin sözlərinə görə, gecə əməliyyatı zamanı amerikalı hərbçilər 28 kiçik İran katerinə də zərbələr endiriblər.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan NATO-nun bir neçə təlimində iştirak etmək üçün müraciət edib - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər