"Reuters": Livan və İsrail Romada qoşunların geri çəkilməsi planı üzrə irəliləyiş əldə ediblər
Bu gün Romada ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında ikigünlük danışıqlar başa çatıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
ABŞ nümayəndəsi bildirib ki, tərəflər planın həyata keçirilməsində irəliləyiş əldə ediblər, bu plana əsasən İsrail qoşunları bir neçə gün ərzində Livanın cənubundakı "pilot zonalardan" geri çəkilməyə başlaya bilər.
Bu, martın 2-də İsrail və Livanın "Hizbullah" qruplaşması arasında münaqişənin kəskinləşməsindən sonra iki ölkə arasında danışıqların altıncı raundudur.
İyunun 26-da ABŞ-nin vasitəçiliyi ilə bağlanmış çərçivə sazişinə uyğun olaraq, Livan və İsrail silahlı qruplaşmaların tərksilah edilməsini, eləcə də İsrail qoşunlarının ölkənin cənubundan tədricən çıxarılmasını və orada Livan hökumət qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan "pilot zona" layihəsini həyata keçirmək barədə razılığa gəliblər.
Mənbə danışıqları "məhsuldar və müsbət" adlandırıb: "Biz pilot zonanın strukturunu və iş prinsiplərini razılaşdırdıq, onlar yaxın günlərdə yekun olaraq təsdiqlənəcək və həyata keçiriləcək".
Məmurun sözlərinə görə, danışıqlar çərçivə sazişini həyata keçirmək və İsrail ilə Livan arasında hərtərəfli razılaşma əldə etmək üçün texniki mərhələyə keçəcək.
Nə Livan, nə də İsrail danışıqlar gedişində əldə olunan irəliləyişi hələlik şərh etməyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













