Ukraynanın müdafiə naziri Mixail Fedorov vəzifəsini tərk edir
Ukraynanın müdafiə naziri Mixail Fedorov vəzifəsindən ayrılır.
"Report"un məlumatına görə, o, bu barədə özünün Telegram kanalında yazıb.
"Ukrayna xalqına müdafiə naziri vəzifəsində xidmət etmək mənim üçün böyük şərəf idi. Ukraynanı müdafiə edən və qələbə naminə çalışan hər kəsə təşəkkür edirəm. Effektiv şəkildə sutka ərzində 24/7 xidmət göstərən bütün komandama minnətdaram.
Mən bundan əvvəl Müdafiə Nazirliyinə gəldiyim missiya naminə çalışmağa davam edəcəyəm - düşməni asimmetrik yanaşma, innovasiyaların sürəti və təşkilati güc hesabına məğlub etmək üçün", - deyə Fedorov bildirib.
O, rəhbərliyi dövründə nazirliyin əldə etdiyi nəticələri də sadalayıb. Fedorovun sözlərinə görə, Müdafiə Nazirliyi innovativ silah sistemlərinə səmərəli investisiyalar yatırıb, dronların alınmasını əhəmiyyətli dərəcədə artırıb, Rusiya istiqamətində "logistika blokadası" layihəsinə başlayıb və Krımın təcrid olunması prosesini gücləndirib.
Nazir həmçinin bildirib ki, qurum partlayıcı maddələr və raket istehsalçıları üçün genişmiqyaslı qrant proqramına başlayıb, Avropalı tərəfdaşlarla bir sıra mühüm müdafiə müqavilələri imzalayıb və ordunun transformasiyası prosesinə start verib.
Daha əvvəl Ukrayna mediası yeni müdafiə naziri vəzifəsinə keçmiş daxili işlər naziri İqor Klimenkonun namizədliyinin nəzərdən keçirildiyini yazmışdı.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













