Rusiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum oldu
Far.Az xəbər saytı

Rusiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum oldu


Rusiyanın Kemerovo vilayətində 17 nəfərin ölümü ilə nəticələnən "An-12" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğramasının mümkün səbəbi açıqlanıb.

BAKU.WS xəbər verir ki, ilkin ehtimala görə, aviasiya qəzasına təyyarənin mühərriklərindən birində baş verən yanğın səbəb ola bilər.

Bu barədə Rusiyanın "SHOT" Telegram kanalı məlumat yayıb. Bildirilib ki, mühərrik uçuş zamanı qəfil alışıb. Bundan sonra təyyarənin burnu kəskin şəkildə aşağı enməyə başlayıb.

Rusiya mətbuatının yazdığına görə, hadisə noyabrın 17-də Kemerovo vilayətinin Yagunovo kəndi yaxınlığında baş verib. Təyyarə Novosibirskdən Krasnoyarsk diyarının Kans şəhərinə uçurmuş.

Məlumatlara əsasən, ekipaj təyyarədə yaranmış nasazlıq səbəbindən Kemerovo hava limanına təcili eniş üçün müraciət edib. Lakin hava gəmisi aerodroma çata bilməyərək qəzaya uğrayıb.

Qəza şahidlərinin sözlərinə görə, təyyarə yerə çırpılmadan əvvəl havada yanıb, daha sonra sürətlə aşağı enərək partlayıb.

Rusiyanın "Baza" nəşri isə qəzanın digər mümkün səbəblərini də gündəmə gətirib. Nəşrin məlumatına görə, mühərriklərdən birinin yanacaq sistemində nasazlıq, kerosin sızması və bunun nəticəsində yanğın baş verməsi ehtimalları araşdırılır. Hidravlik sistemin sıradan çıxması da mümkün versiyalardan biri kimi göstərilir.

Təyyarənin göyərtəsində olan 17 nəfərin hamısının həlak olduğu bildirilir. Qəza nəticəsində hava gəmisinin qalıqları ətrafa səpələnib. İlkin məlumatlara görə, təyyarə yaşayış məntəqəsindən kənarda, açıq əraziyə düşüb və yerdə dağıntılara səbəb olmayıb.

Kemerovo vilayətinin qubernatoru İlya Seredyuk hadisə barədə məlumatı təsdiqləyib. O, qəza yerinə yollandığını, ərazidə yanğınsöndürənlərin, polisin və digər operativ xidmətlərin işlədiyini bildirib.

Hadisənin dəqiq səbəbləri səlahiyyətli qurumlar tərəfindən araşdırılır. Mühərrikdə yanğın versiyası hələlik ilkin ehtimallardan biridir.

***19:12

Rusiyanın Kemerovo vilayətində 13 nəfərin olduğu An-12 tipli təyyarə qəzaya uğrayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində azı üç nəfər ölüb.

BAKU.WS xəbər verir ki, təyyarə vilayətin Yaqunovo kəndi yaxınlığında yerə düşüb.

"SHOT" teleqram kanalının yaydığı məlumata görə, qəzanın səbəbi təyyarənin mühərriklərindən birində baş verən yanğın olub. Belə ki, mühərriklərdən biri uçuş zamanı qəfil alışıb. Bundan sonra təyyarə kəskin şəkildə aşağı istiqamətə hərəkət edərək yerə çırpılıb.

Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları və digər operativ xidmətlərin qüvvələri cəlb olunub. Kemerovo vilayətinin qubernatoru İlya Seredyuk da qəza yerinə yollanıb.

İlkin məlumatlara əsasən, təyyarənin göyərtəsində 13 nəfər olub. Onlardan üçünün həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, hadisə ilə bağlı rəsmi qurumların yekun məlumatı hələ açıqlanmayıb. Qəzanın digər təfərrüatları və xəsarət alanların vəziyyəti dəqiqləşdirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı anım tədbiri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər