Elektromobillərin təkərləri niyə tez sıradan çıxır - Səbəb məlum oldu
Far.Az xəbər saytı

Elektromobillərin təkərləri niyə tez sıradan çıxır - Səbəb məlum oldu


Elektromobillərin ənənəvi avtomobillərdən fərqlənən xüsusiyyətlərindən biri də təkərlərinin daha sürətlə aşınmasıdır. Bu isə həm avtomobilin çəkisi, həm də elektrik mühərrikinin iş prinsipi ilə əlaqədardır.

BAKU.WS xəbər verir ki, intensiv istifadə zamanı elektromobillərin şinləri daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə orta hesabla 10-20 faiz daha tez aşına bilər.

Bunun əsas səbəblərindən biri batareyaların avtomobilin ümumi çəkisini artırmasıdır. Nəticədə təkərlərə daha çox yük düşür və onların yol örtüyü ilə təması zamanı yaranan sürtünmə şinlərin ömrünə təsir göstərir.

Digər səbəb elektrik mühərrikinin yüksək fırlanma momentini dərhal təkərlərə ötürməsidir. Xüsusilə qəfil sürətlənmə zamanı təkərlərin boş fırlanması rezinin daha tez yeyilməsinə gətirib çıxara bilər.

Qeyd edək ki, elektromobillərdə istifadə olunan regenerativ əyləcləmə sistemi də hərəkət prosesinə təsir edir. Bu texnologiya avtomobilin yavaşlaması zamanı elektrik enerjisinin bərpasına imkan verir. Şəhər şəraitində tez-tez sürətlənmə və yavaşlama isə təkərlərin daha intensiv istismarına səbəb olur.

Bununla belə, şinlərin nə qədər müddət xidmət edəcəyi əsasən sürücünün idarəetmə tərzindən də asılıdır. Kəskin startlardan, qəfil sürətlənmələrdən və təkərlərin boş fırlanmasından qaçmaqla onların istismar müddətini artırmaq mümkündür. Akкurate sürüş zamanı elektromobillərlə digər avtomobillər arasındakı aşınma fərqi əhəmiyyətli dərəcədə azala bilər.

Oxşar xəbərlər

Bakıda avtomobil şinləri satılan anbarın fəaliyyəti dayandırıldı
Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər