Azərbaycanlı alim Türkiyədə nəşr olunmuş kardiocərrahiyyə dərsliyinin müəlliflərindən olub
Türkiyədə ürək-damar cərrahiyyəsi sahəsinin ən geniş akademik mənbələrindən biri olan üç cildlik "Kalp ve Damar Cerrahisi" kitabı nəşr olunub.
"Far.Az" xəbər verir ki, ürək-damar cərrahiyyəsinin müxtəlif istiqamətlərini əhatə edən bu fundamental əsərdə Azərbaycan tibb elmi də təmsil edilib.
Ürək-damar cərrahı Prof. Dr. Kamran Musayev kitabın "Abdominal və torakoabdominal aort anevrizmalarında cərrahi və endovaskülyar müdaxilə" adlı bölümünün müəllifi olaraq layihədə iştirak edib.
Torakoabdominal aorta anevrizmaları ürək-damar cərrahiyyəsinin ən mürəkkəb sahələrindən biri hesab olunur. Bu patologiyaların müalicəsi açıq cərrahiyyə, endovaskulyar texnologiyalar, orqan qoruma strategiyaları və multidissiplinar yanaşma tələb edir.
Bölümdə abdominal və torakoabdominal aorta anevrizmalarının müasir diaqnostikası, cərrahi və endovaskulyar müalicə prinsipləri, eləcə də dünya təcrübəsində qəbul olunan yanaşmalar geniş şəkildə təqdim olunub.
Prof. Dr. Kamran Musayev bildirib ki, beynəlxalq səviyyəli belə bir akademik layihədə iştirak etmək həm böyük məsuliyyət, həm də Azərbaycan ürək-damar cərrahiyyəsinin elmi potensialını paylaşmaq baxımından önəmlidir.
"Kalp ve Damar Cerrahisi" kitabı ürək-damar cərrahları, rezidentlər və bu sahə üzrə çalışan mütəxəssislər üçün mühüm elmi mənbə kimi hazırlanıb.
Kitabı onlayn platformalardan əldə etmək mümkündür.
https://akademisyen.com/pac-kalp-ve-damar-cerrahisi-cilt-1-2-3
Oxşar xəbərlər
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı keçirilib
Bakıda "Qərbi azərbaycanlıların milli geyim irsi" albom-kitabın təqdimatı keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub













