Məhəmmədəli Osmanlı: "UFC-də əsas hədəfim kəmər qazanmaqdır"
Azərbaycan təmsilçisi Məhəmmədəli Osmanlının Mütləq Döyüş Çempionatındakı (UFC) əsas hədəfi kəmər qazanmaqdır.
"Far.Az"un məlumatına görə, bu barədə idmançı onlayn mətbuat konfransında deyib.
22 yaşlı döyüşçü UFC-də moldovalı Pavel Andruşkaya qarşı keçirəcəyi görüşlə bağlı fikirlərini bölüşüb:
"Azərbaycana qələbə ilə qayıtmaq istəyirəm. Bunu bacaracağıma ümid edirəm. Son görüşdə cəzalanmağım mənə əngəl deyil. Əksinə motivasiya verir. Karyeramda əsas məqsədim UFC-də kəmər götürməkdir. Növbəti döyüşdə daha diqqətli olmağa çalışacağam. Hazırda özümü yaxşı hiss edirəm. Növbəti rəqibim yaxşı idmançıdır. Düşünürəm ki, o, mənə problem yarada bilməyəcəm. Çəkdiyim əziyyətə görə deyə bilərəm ki, yaxşı mübarizə olacaq".
M.Osmanlı Pavel Andruşkanın özünəməxsus döyüş tərzi olduğunu vurğulayıb:
"Hazırda öz çəkimdə ən yaxşıdı mənəm. Növbəti rəqibim ilk məğlubiyyətini məndən alacaq".
Xatırladaq ki, Məhəmmədəli Osmanlı Pavel Andruşka ilə dekabrın 5-də üz-üzə gələcək.
Oxşar xəbərlər
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
"UFC Fight Night Baku": Türkiyə təmsilçisi Abdul Rahman Yahyaev nokautla qələbə qazanıb - YENİLƏNİB-5
"UFC Fight Night Baku": Nazim Sadıxov məğlub olub - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Hans-Diter Flik: "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür"













