"Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər
Far.Az xəbər saytı

"Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər


"Qarabağ" xanım azarkeşləri üçün növbəti ev oyununa pulsuz giriş imkanı yaradıb.

BAKU.WS xəbər verir ki, Misli Premyer Liqasının 13-cü turunda "Sumqayıt"ı qəbul edəcək Ağdam təmsilçisinə dəstək olmaq istəyən xanımlar QR biletləri ödənişsiz əldə edə bilərlər.

Biletlərin verilməsinə noyabrın 26-dan başlanılacaq. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədlə aşağıdakı ünvanlara müraciət etmək lazımdır:

Heydər Əliyev Sarayının kassası;

28 Mall AVM-in 3-cü mərtəbəsində yerləşən Fan Store.

QR biletləri qarşılaşmanın keçiriləcəyi gün "Azersun Arena"nın kassasından da götürmək mümkün olacaq.

Qeyd edək ki, stadiona giriş yalnız QR biletlə təmin ediləcək. "Qarabağ" – "Sumqayıt" görüşü noyabrın 29-da "Azersun Arena"da keçiriləcək və saat 17:00-da başlayacaq.

Oxşar xəbərlər

DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
"Səbinə" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
"Eurovision–2011" qalibi ELDAR Münhendə OGAE Germany fan-klub görüşündə çıxış edib
"McDonald"s Azərbaycan" "Nizami Mall"-da yeni restoran açıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər