Azərbaycan və Tacikistan arasında hərbi əməkdaşlıq müzakirə edilib
Far.Az xəbər saytı

Azərbaycan və Tacikistan arasında hərbi əməkdaşlıq müzakirə edilib


Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Bakıda səfərdə olan Tacikistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin rəisi general-mayor Şaraf Egamzodun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Far.Az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Qərargah rəisi ölkələr arasında hərbi əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edib, bu əməkdaşlığın gələcəkdə hərbi əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-mayor Ş.Egamzod Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirib, bu cür görüşlərin, o cümlədən müdafiə sahəsində təcrübə mübadiləsinin aparılmasının ordular arasında əlaqələrin daha da inkişaf etdirilməsində vacib rol oynadığını xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər