Şahzadə Uilyam və Keytin iqamətgahına soxulan şəxslərə ittiham irəli sürülüb
Far.Az xəbər saytı

Şahzadə Uilyam və Keytin iqamətgahına soxulan şəxslərə ittiham irəli sürülüb


Böyük Britaniyada şahzadə Uilyam və həyat yoldaşı Keytin şəhərkənarı iqamətgahına soxularaq oğurluq etmək şübhəsi ilə əlaqədar iki nəfərə ittiham irəli sürülüb.

"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

İki Albaniya vətəndaşına – 34 yaşlı Mirgen Doku və 32 yaşlı Arilen Ndotsiyə oğurluq məqsədilə mənzilə daxil olma və mühafizə olunan əraziyə qanunsuz daxil olma ilə bağlı ittihamlar irəli sürülüb.

Həmin gün onlar magistrat məhkəməsinə gəlməlidirlər və hələ ki, həbsdə qalırlar.

"Prokurorlarımız işin məhkəməyə göndərilməsi üçün kifayət qədər sübutların olduğunu və cinayət işinin başlanmasının cəmiyyətin maraqlarına cavab verdiyini sübut ediblər", - Kral Prokurorluq Xidmətinin baş prokuroru vurğulayıb.

Oxşar xəbərlər

"Şəhərkənarı" ərazilərdə yaşayanlara ŞAD XƏBƏR
Şahzadə Diananın kral protokolunu pozduğu 13 MƏQAM
Çin krossoveri Böyük Britaniyada satışların zirvəsinə yüksəldi!
Şahzadə Uilyam hindistanəsilli olduğu ortaya çıxdı
"Qızıl Qaya"da zəhərlənmə şübhəsi - AQTA araşdırmalara başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər