Əsgər Ələkbərov: "Gənclərin biznes qurmasını dəstəkləyən islahatları davam etdiririk"
Azərbaycan gənclərin biznes qurmasını dəstəkləyən islahatları davam etdirir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakıda keçirilən "Biznesdə Gənclər Proqramı - Qafqaz" tədbirində bildirib.
Onun sözlərinə görə, gənclərə bizneslərini qurmaqda və inkişaf etdirməkdə kömək etmək həm Azərbaycan hökumətinin, həm də onun beynəlxalq tərəfdaşlarının ortaq məqsədidir: "Biznesdə Gənclər" (Youth in Business) proqramı da bu məqsədə töhfə verir. Sahibkarlığın inkişafı Azərbaycanın əsas prioritetlərindən biridir. Biz özəl sektoru iqtisadiyyatın şaxələndirilməsinin, yeni iş yerlərinin yaradılmasının və dayanıqlı iqtisadi artımın mühüm hərəkətverici qüvvəsi hesab edirik".
Ə.Ələkbərov qeyd edib ki, Azərbaycan sahibkarlığın təşviqi, investisiya mühitinin yaxşılaşdırılması, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və innovativ biznes təşəbbüslərinin dəstəklənməsi istiqamətində hərtərəfli islahatlar həyata keçirir: "Bu gündəliyin tərkib hissəsi olaraq, İqtisadiyyat Nazirliyi biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara dəstəyin genişləndirilməsi istiqamətində tədbirlərin icrasını davam etdirir".
Bundan başqa, o əlavə edib ki, azad edilmiş ərazilərdə sahibkarların investisiya riskləri dövlət dəstəyi ilə azaldılır: "Sahibkarlıq siyasətimizin güclü regional istiqaməti də var. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Məqsədimiz təkcə infrastrukturu bərpa etmək deyil, həm də bu regionlarda rəqabətqabiliyyətli və dayanıqlı özəl sektor formalaşdırmaqdır.
Bu məqsədlə Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı yaradılıb. Sənaye infrastrukturunun qurulması ilə yanaşı, hökumət azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün xüsusi maliyyə stimulları da təqdim edir. Bunlara uyğun biznes kreditləri üzrə dövlət zəmanətləri və faiz subsidiyaları daxildir. Sahibkarlar, həmçinin əlavə vergi güzəştlərindən, sosial sığorta ödənişlərinə dəstəkdən və kommunal xərclərin qismən kompensasiyasından yararlanırlar".
Ə.Ələkbərov vurğulayıb ki, bu tədbirlər investisiya risklərini azaltmaq, kiçik və orta müəssisələri yeni bizneslər qurmağa təşviq etmək, həmçinin regionda məşğulluğu və iqtisadi fəallığı artırmaq məqsədi daşıyır: "Gələcəkdə əldə olunan nəticələr əsasında yeni uğurlar qazanmaq üçün əsas amil tərəfdaşlıq olacaq. Azərbaycan beynəlxalq maliyyə institutları ilə daha sıx əməkdaşlığa açıqdır. Kiçik və orta müəssisələrin maliyyələşdirilməsi, sənayenin inkişafı, bərpa olunan enerji, kənd təsərrüfatı, mədənçıxarma və nəqliyyat bağlantıları sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi üçün əhəmiyyətli imkanlar görürük".
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













