Altay diyarında yaşayış binasında baş verən partlayışda bir nəfər ölüb, 14 nəfər xəsarət alıb - Yenilənib
Rusiyanın Altay diyarının Kulunda kəndində beşmərtəbəli binada baş verən qaz partlayışı nəticəsində azı bir nəfər həlak olub, 14 nəfər xəsarət alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsindən bildirilib.
"Hələlik bir nəfərin həlak olduğu barədə məlumat var", - qurumdan qeyd edilib.
FHN-in məlumatına görə, partlayışın ardınca yanğın baş verib, hazırda yanğınsöndürənlər alovun söndürülməsi üçün tədbirlər görürlər.
Rusiyanın Altay diyarının Kulunda kəndində çoxmənzilli binada qaz partlayışı nəticəsində 14 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə TASS-a operativ xidmətlərdən bildirilib.
"Binada 127 nəfər yaşayır, onlar üçün iki müvəqqəti yerləşdirmə məntəqəsi açılıb. Partlayışdan sonra bina yoxlanılmayana qədər ora daxil olmaq olmaz. İlkin məlumata görə, xəsarət alanların sayı 14 nəfərdir ki, onlardan da biri dağıntılar altında ola bilər", - agentliyin həmsöhbəti bildirib.
Məlumata görə, hadisə yuxarı mərtəbədəki mənzillərin birində baş verib, iki blokda dördüncü və beşinci mərtəbələr çöküb.
Hadisə yerində müvafiq xidmətlər işləyir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Goranboyda yaşayış binasında uçqun zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













