Xankəndi stadionunda yenidənqurmadan sonra ilk rəsmi futbol matçı keçiriləcək
Far.Az xəbər saytı

Xankəndi stadionunda yenidənqurmadan sonra ilk rəsmi futbol matçı keçiriləcək


Xankəndi stadionunda yenidənqurmadan sonra ilk rəsmi futbol matçı keçiriləcək.

Far.Az xəbər verir ki, bu gün Azərbaycan I Liqasının VIII turu çərçivəsində "Xankəndi" və "Karvan-Yevlax" komandaları qarşılaşacaq.

Saat 16:00-da başlayacaq oyun əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçiriləcək ilk rəsmi futbol matçı olacaq. Qarşılaşmadan əvvəl azarkeşlər üçün konsert proqramı da təşkil ediləcək.

Oyunu baş hakim Kamranbəy Rəhimov idarə edəcək. Turnir cədvəlində "Karvan-Yevlax" 13 xalla dördüncü, "Xankəndi" isə 6 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Xankəndi şəhər stadionu noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər