ADY: Ordubadda müxtəlif ölçülü suötürücü qurğularının tikintisi başa çatıb
Far.Az xəbər saytı

ADY: Ordubadda müxtəlif ölçülü suötürücü qurğularının tikintisi başa çatıb


"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yenidən qurduğu dəmir yolu xəttində müxtəlif ölçülü suötürücü qurğularının tikintisini başa çatdırıb.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq ADY-dən bildirilib.

Məlumata görə, Naxçıvanda dəmir yolu infrastrukturunun layihələndirilməsi, yenidən qurulması və tikintisi işləri davam etdirilir. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 194,2 km, yan yollarla birlikdə 264 km təşkil edir. Layihə çərçivəsində 10 stansiyanın yenidən qurulması, 800-dən mühəndis qurğusunun, o cümlədən körpü, tunel, qalereya və yolötürücülərin, avtomobil, piyada və heyvan keçidlərinin inşası nəzərdə tutulur.

Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinin icrasına Ordubad istiqamətindən başlanılıb. Ərazidə ilk 7 km hissədə köhnə dəmir yolu yatağı sökülüb, rels-şpal çərçivələri quraşdırılıb, müxtəlif ölçülü suötürücü qurğularının tikintisi başa çatıb. Digər sahələrdə köhnə yol yatağının söküntüsü və torpaq işləri davam etdirlir.

Oxşar xəbərlər

Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir
Dövlət Komitəsinin sədri Ordubadda vətəndaşları qəbul edib
Azərbaycan–Ermənistan sərhədindən Ordubada uzanan dəmir yolunda tikinti işləri başladı - ADY
ADY rəsmisi: "Modernləşdirmə tranzit ölkə kimi rəqabətqabiliyyətimizi daha da gücləndirir" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər