Tramp Vaşinqton Dalles hava limanının 22 milyard dollarlıq yenidənqurma planını təqdim edəcək
Far.Az xəbər saytı

Tramp Vaşinqton Dalles hava limanının 22 milyard dollarlıq yenidənqurma planını təqdim edəcək


ABŞ Prezidenti Donald Tramp Vaşinqton Dalles Beynəlxalq Hava Limanının 22 milyard dollar dəyərində olan modernləşdirilmə planını təqdim etmək niyyətindədir.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters"ə mənbələr bildiriblər.

Qeyd olunub ki, bu, Tramp administrasiyasının paytaxt regionunda elan etdiyi növbəti böyük infrastruktur layihəsi olacaq.

Trampın layihəni Ağ Evdə "United Airlines" şirkətinin baş direktoru Skott Kirbi və ABŞ-nin nəqliyyat naziri Şon Daffi ilə birlikdə təqdim edəcəyi gözlənilir.

Plan Vaşinqtonun əsas beynəlxalq hava qapısı olan aeroportun əsaslı şəkildə yenidən qurulmasını, o cümlədən dörd yeni terminalın tikintisini nəzərdə tutur.

Şon Daffi may ayında federal hakimiyyətin sözügedən hava limanının modernləşdirilməsinə 22 milyard dollar sərmayə qoymağı planlaşdırdığını təsdiqləmişdi.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər