Beatriçe Kostantsi: "Azərbaycan Orta Dəhlizin transformasiyasında strateji rol oynayır"
Far.Az xəbər saytı

Beatriçe Kostantsi: "Azərbaycan Orta Dəhlizin transformasiyasında strateji rol oynayır"


Azərbaycan sadəcə nəqliyyat marşrutu deyil, həm də dəmir yolları, limanlar, logistika, energetika və investisiyaları birləşdirən mürəkkəb bir sistem olan Orta Dəhlizin transformasiyasında strateji rol oynayır.

"Report" xəbər verir ki, bunu "RINA" şirkətinin Avropanın enerji sektorunda kommersiya idarəçiliyi üzrə direktoru Beatriçe Kostantsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

Onun sözlərinə görə, şirkət ilkin konsepsiyanın işlənib hazırlanması və məqsədəuyğunluğun qiymətləndirilməsindən obyektlərin tikintisi və istismara verilməsinə qədər bütün mərhələlərdə mürəkkəb infrastruktur layihələrini müşayiət etməyə imkan verən beynəlxalq təcrübəyə və çoxprofilli ekspertizaya malikdir.

"Əminik ki, Orta Dəhliz sadəcə nəqliyyat marşrutu deyil, dəmir yolları, limanlar, logistika, energetika və investisiyaların vahid şəkildə fəaliyyət göstərməli olduğu mürəkkəb sistemdir", - Kostantsi qeyd edib.

O vurğulayıb ki, RINA artıq Azərbaycanda iş təcrübəsinə malikdir və əvvəllər burada energetika sektorunda, o cümlədən neft-qaz və külək enerjisi sahəsində bir sıra layihələri dəstəkləyib.

"Biz, şübhəsiz ki, daha çox iş görməyə can atırıq. Mən həqiqətən hesab edirəm ki, RINA beynəlxalq təcrübəsi, çoxprofilli ekspert kompetensiyası və mürəkkəb layihələri əvvəldən sona qədər dəstəkləmək bacarığı sayəsində öz töhfəsini verə bilər", - o əlavə edib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər