Ağ Ev COVID-19-un laboratoriya mənşəli olması barədə məlumatlar təqdim edib
Ağ Ev administrasiyası COVID-19 virusunun laboratoriya mənşəli olması versiyasını dəstəkləyən arqumentlərin yer aldığı materiallar dərc edib.
"Far.Az" xəbər verir ki, müvafiq internet səhifəsi Ağ Evin rəsmi saytında yerləşdirilib.
Dərc edilmiş materiallara əsasən, törədici vəhşi təbiətdəki təbii ştammlarda rast gəlinmədiyi iddia edilən bioloji xüsusiyyətə malikdir.
Sənədlərdə qeyd olunur ki, virusun təbii mənşəli olmasına dair sübutlar mövcud olsaydı, onlar artıq dərc edilərdi, lakin müəlliflərin iddiasına görə, bu baş verməyib.
Materiallarda həmçinin bildirilir ki, Uhanda koronavirusların tədqiqi üzrə Çinin aparıcı laboratoriyası yerləşir, burada biotəhlükəsizliyin qeyri-kafi səviyyəsində virusların funksiyalarının gücləndirilməsi üzrə eksperimentlər aparılıb. Bundan əlavə, iddia olunur ki, Uhan Virusologiya İnstitutunun əməkdaşları guya hələ 2019-cu ilin payızında - ilk rəsmi qeydə alınmış xəstəlik hallarının aşkar edilməsindən bir neçə ay əvvəl xəstələniblər
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













