ABŞ beş xarici diplomatik nümayəndəliyi bağlamaq istəyir
ABŞ Dövlət Departamenti Amerikanın diplomatik mövcudluğunun azaldılması çərçivəsində beş xarici diplomatik nümayəndəliyin bağlanması planları barədə Konqresi məlumatlandırıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, söhbət Naqoya (Yaponiya), Medan (İndoneziya), Vinnipeq (Kanada), Duala (Kamerun) və Sent-Corces (Qrenada) şəhərlərindəki konsulluqlardan gedir.
Agentliyin mənbələrinə görə, bağlanma barədə bildiriş ötən həftənin sonlarında Konqresin bir neçə komitəsinə göndərilib.
Nümayəndəliklərin gözlənilən bağlanması, Amerikanın xaricdəki missiyalarının sayının azaldılmasının konkret geosiyasi böhranla əlaqədar olmayan nadir hallarından biri olacaq.
Daha əvvəl, ABŞ Prezidenti Donald Tramp administrasiyasının ilk aylarında Dövlət Departamenti "Öncə Amerika" proqramına uyğun olaraq federal bürokratiyanın islahatı təşəbbüsü çərçivəsində onadək xarici nümayəndəliyin bağlanması üçün hazırlıqlara başlayıb.
Bununla yanaşı, Ağ Evin Büdcə və İdarəetmə İdarəsi 30-dək xarici nümayəndəliyə təsir edə biləcək daha genişmiqyaslı ixtisarların tərəfdarı kimi çıxış edib. Administrasiyanın bəzi nümayəndələri bir sıra kiçik missiyaların iqtisadi baxımdan səmərəsiz və məqsədəuyğun olmadığını bildiriblər.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













