Süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları təsdiqlənib
Süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları təsdiqlənib.
“Far.Az”un əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası qərar qəbul edib.
Məqsəd istehlakçıların qanunvericiliyə uyğun olaraq minimum keyfiyyət tələblərinə cavab verən təhlükəsiz süd və süd məhsulları ilə təmin olunması və zoonoz xəstəliklərin qarşısının alınmasıdır.
Qaydalar məntəqələr tərəfindən südün daşınması, qəbulu, saxlanması və topdan satışı ilə bağlı fəaliyyətə şamil edilir.
Məntəqə xüsusi ayrılmış yerlərdə fərdi inşa edilmiş ayrı tikilidə, heyvandarlıq təsərrüfatlarında süd sağım binasının yanında və ya sağım binasında sağım yerindən divar arakəsmə ilə ayrılmış bölmədə yerləşməlidir.
Məntəqənin işçi heyəti üçün nəzərdə tutulmuş sanitar qovşaq otağı südün qəbulu və saxlandığı bölmədə yerləşdirilməməli, qapıları südün qəbulu və saxlandığı bölmələrə açılmamalı və bağlanan qapılar, əlləri yumaq və dezinfeksiya etmək üçün vasitələr, çanaq, quruducu qurğu və ya birdəfəlik dəsmallar, asılqanlar, istifadə olunan ləvazimatların (avadanlıq və alətlər) yuyucu məhlullarla yuyulub təmizlənməsi, qurudulması və saxlanılması üçün bölmə olmalıdır.
Məntəqədə südün toplandığı sisternlər və çənlər məntəqənin divarlarından ən azı 60 sm aralıda, döşəmədən ən azı 20 sm hündürlükdə və tavandan isə ən azı 100 sm aşağıda yerləşməlidir.
Sağım prosesi zamanı əldə olunan süd toplama məntəqələrində 8-10 dərəcə C-də 12 saata, 6-8 dərəcə C-də 18 saata, 4-6 dərəcə C-də isə 24 saata qədər saxlanılmalıdır. Bu müddətlərdən artıq saxlanılmış süd emal prosesinə cəlb edilməlidir.
Sisternli və tankerli nəqliyyat vasitələrilə daşınan süd daşınmazdan əvvəl sistern və ya tankerlər plomblanmalıdır və temperaturu 10 dərəcə C-dək olmalıdır.
Çənlərdə südün eyni dərəcədə soyudulması məqsədilə 20-30 dəqiqə aralığında qarışdırılmalıdır.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ













