Paşinyan: Ermənistanda Rusiyanın hərbi bazasına ehtiyac görmürük
Far.Az xəbər saytı

Paşinyan: Ermənistanda Rusiyanın hərbi bazasına ehtiyac görmürük


Ermənistan öz ərazisində Rusiyanın hərbi bazasına ehtiyac görmür.

"Far.Az"un məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyasının efirində açıqlayıb.

O, qeyd edib ki, bu məsələni heç vaxt qaldırmayıb.

"Mən heç vaxt Rusiya hərbi bazası mövzusunu qaldırmamışam, bunu Rusiya edib. Əgər onlar bu məsələni qaldırsalar, mən açıq şəkildə bildirirəm ki, Ermənistan Rusiya hərbi bazasına ehtiyac görmür", - Baş nazir deyib.

Paşinyan həmçinin qeyd edib ki, müəyyən məqamda ölkə Aİ ilə AİB arasında seçim etmək üçün referendum keçirəcək, çünki həm mövcud, həm də yeni konstitusiya layihələrində inteqrasiya qurumlarına üzvlük məsələsinin referendum yolu ilə həll olunması nəzərdə tutulur.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər