ABŞ Senatı milyarderlərin vergi ödənişindəki boşluğu aradan qaldırmaq niyyətindədir
Demokrat senator Ron Uayden ABŞ-nin vergi qanunvericiliyində texnologiya milyarderlərinin varislərinə aktivlərini vergi ödəmədən ötürmək üçün istifadə etdikləri boşluğu aradan qaldıracağına söz verib.
"Far.Az" xəbər verir ki, o, bu barədə "Financial Times" (FT) qəzetinə müsahibəsində bildirib.
Söhbət "Grantor Retained Annuity Trust" (GRAT) adlı mexanizmdən gedir. Mexanizm varlı amerikalılara texnologiya şirkətlərinin səhmləri kimi sürətlə bahalaşan aktivlərini 40 faizlik hədiyyə və miras vergisi ödəmədən varislərinə ötürməyə imkan verir. Vergi adətən 15 milyon dollardan artıq məbləğlərə tətbiq olunur. GRAT 1990-cı ildə başqa vergi boşluğunu aradan qaldırmaq məqsədilə yaradılıb.
FT-nin təhlili göstərib ki, "SpaceX" şirkətinin təsisçisi İlon Mask, "Nvidia" şirkətinin rəhbəri Jensen Huanq, AMD şirkətinin rəhbəri Lisa Su və "Microsoft"un baş icraçı direktoru Satya Nadella ümumi dəyəri 20 milyard dollar olan səhmlərini bu cür trastlarda yerləşdiriblər.
Yanvarda Senatın Maliyyə Komitəsinə rəhbərlik edəcəyi gözlənilən Uayden baş verənləri varlı insanların vergilərdə öz ədalətli paylarını ödəməkdən yayınmasının daha bir nümunəsi adlandırıb.
"Bu trastlarla baş verənlər belədir: Çox varlı insanlar kağız üzərində külli miqdarda pulu köçürürlər və - puf! - həmin pullara görə ödəməli olduqları vergilər yoxa çıxır", - deyib.
Noyabrdakı seçkilərin nəticələrinə görə, demokratlar Konqresin hər iki palatasında çoxluq əldə ediblər. Uayden Senatda 56-44 nisbətində üstünlükdən istifadə edərək, Men ştatından olan müstəqil senator Enqus Kinqin həmmüəllifi olduğu qanun layihəsini irəli sürmək niyyətindədir.
Lakin istənilən vergi təşəbbüsü ABŞ Prezidentinin vetosu ilə bloklana bilər. Vetonu dəf etmək üçün isə Konqresdə səslərin üçdə ikisi tələb olunur.
Oxşar xəbərlər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bahalaşan tendesiyada ağıllı İnvestisiya - Premium mənzillər
FT: Jensen Huanq "Nvidia"nın baş direktoru vəzifəsinə qayıda bilər
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
May ayında bahalaşan və ucuzlaşan məhsullar məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













