Zelenskidən Krım körpüsünün tamamilə dağıdılması barədə göstəriş
Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərə Krım körpüsünün avtomobil hissəsinin dağıdılmasından sonra salamat qalan hissəsinin də tamamilə məhv edilməsi barədə göstəriş verib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə noyabrın 28-də Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Zelenskinin bu qərarı barədə qəzetə anonim mənbələr məlumat veriblər. Mənbələrdən biri bildirib ki, prezident körpünün tamamilə dağıdılmasını istəyir. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri artıq yeni zərbələrə hazırlaşır.
Nəşr yazır ki, əvvəlki hücumlar zamanı körpünün dəmir yolu hissəsinin konstruksiyası ciddi şəkildə zəiflədilib. Həmin hücumlarda 11 müxtəlif növ silahdan istifadə olunub.
Hücumlarda əsas rol Ukraynanın "Neptun" gəmi əleyhinə qanadlı raketlərinə məxsus olub. Bu raketlərin təkmilləşdirilmiş versiyası 1 000 kilometrədək məsafədə yerləşən hədəfləri vura bilir.
"The Wall Street Journal" (WSJ) qəzeti isə Kerç boğazındakı körpüyə endirilən zərbələrdə istifadə olunan bəzi pilotsuz uçuş aparatlarının İsrailin "HiSKY" peyk sisteminin terminalları ilə təchiz edildiyini yazıb.
Nəşrin məlumatına görə, İlon Maskın "Starlink" sistemindən fərqli olaraq, "HiSKY" Rusiya ərazisində də işləyir. Buna görə də Ukrayna Silahlı Qüvvələri bu sistemdən, o cümlədən Rusiyanın ballistik raket buraxılış qurğularının aşkarlanması üçün istifadə edir.
WSJ-nin mənbəsinin qiymətləndirməsinə görə, "HiSKY" sistemindən istifadə "Starlink"lə müqayisədə daha mürəkkəb olduğundan və onunla işləmək üçün texniki mütəxəssislərin əməliyyat yerində olması tələb edildiyindən, sistem gündəlik dron əməliyyatlarında deyil, xüsusi əhəmiyyət kəsb edən tapşırıqların icrasında tətbiq oluna bilər.
Oxşar xəbərlər
SOCAR rəsmiləri "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblər
Xankəndi bayrama hazırlaşır
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













