50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik"
Far.Az xəbər saytı

50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik"


Müğənni və bəstəkar Mustafa Keser həyat yodaşı Nilüfer Keseri son mənzilə yola salıb.

Far.Az xəbər verir ki, onun İstanbuldakı Hasdal Çamlıvadi məscidində vida mərasimi keçirilib.

Mərasimdə dərin sarsıntı keçirən Mustafa Keserin ayaq üstə çətinliklə dayanıb.

Keser ömür gün yoldaşının vəfatının onun üçün çox ağır olduğunu vurğulayıb:

"50 illik dostumu itirdim. Bunu sözlə ifadə etmək mümkün deyil. 48 ildir evli idik, nişanlılıq dövrünü də əlavə etsək, 50 il edir. Yarım əsr, bütöv bir ömrü birgə yaşadıq və gözəl günlər gördük. Sıranı pozdu, məndən əvvəl getməməli idi. Belə danışmamışdıq. Haqqımız halal olsun. Halallaşa bilmədik".

Qeyd edək ki, bir müddətdir xərçəng xəstəliyindən müalicə alan Nilüfer Keser noyabrın 26-da xəstəxanada dünyasını dəyişib. Həyat yoldaşının vəfatını sosial şəbəkə hesabında bölüşən məşhur sənətçi Mustafa Keser bu sözlərlə kədərini ifadə edib: "48 illik həyat yoldaşım, əziz həyat yoldaşım bu gün Haqqın rəhmətinə qovuşdu".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər