Türkiyə 2050-ci ilədək 12 nüvə reaktoru tikməyi planlaşdırır
Türkiyə 2050-ci ilədək Akkuyu, Sinop və Trakya bölgələrində ümumilikdə ən azı 12 nüvə reaktoru tikməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda keçirilən "Əsrin gəncliyi: Enerji" proqramında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, dünya ən böyük enerji böhranlarından biri ilə üzləşsə də, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə enerji təchizatında ciddi problemlərlə qarşılaşmayıb.
A.Bayraktar "Milli Enerji 2040" strategiyasının əsas istiqamətlərindən danışaraq, bərpaolunan enerji mənbələrinin gücünün əhəmiyyətli dərəcədə artırılacağını vurğulayıb.
O bildirib ki, hazırda 45 min MVt olan bərpaolunan enerji üzrə quraşdırılmış güc dörd dəfə artırılaraq 175 min MVt-a çatdırılacaq. Ölkənin müxtəlif bölgələrində günəş elektrik stansiyaları və külək turbinləri quraşdırılacaq.
Nazir nüvə enerjisinin Türkiyənin 70 illik arzusu olduğunu xatırladaraq, Akkuyu Atom Elektrik Stansiyasında (AES) dörd reaktorun tikintisinin davam etdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Türkiyə Akkuyu ilə yanaşı, Sinop və Trakya bölgələrində də nüvə elektrik stansiyaları inşa etməyi planlaşdırır. Bundan əlavə, ölkə kiçik modul reaktorları (SMR) texnologiyasını inkişaf etdirməyi və bu sahədə istehsalçıya çevrilməyi hədəfləyir.
A.Bayraktar nüvə enerjisinin gələcəkdə Türkiyənin enerji balansının əvəzolunmaz mənbələrindən birinə çevriləcəyini qeyd edib.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













