Tramp Vaşinqtonda qolf meydançasının fırtına nəticəsində dağıldığını bildirib
Far.Az xəbər saytı

Tramp Vaşinqtonda qolf meydançasının fırtına nəticəsində dağıldığını bildirib


ABŞ Prezidenti Donald Tramp güclü fırtınanın Vaşinqtonda (Kolumbiya dairəsi) yerləşən qolf meydançasını, demək olar ki, tamamilə dağıtdığını bildirib.

"Far.Az" xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Potomak çayının sahilində yerləşən və ictimai istifadəyə açıq olan "East Potomac Golf Links" qolf klubunun ərazisi, Trampın "Zibil adası" adlandırdığı sahə, istifadəyə yararsız hala düşüb.

"Zibil adası fırtına nəticəsində tamamilə dağılıb! O, tamamilə məhv olub", – ABŞ lideri yazıb.

Tramp bildirib ki, köhnə sahilbərkitmə qurğuları və onların boyunca uzanan yol dağılıb, ərazinin böyük hissəsini isə qabarma nəticəsində su basıb.

O, baş verənləri daha əvvəl hüquqi maneələrlə üzləşmiş yeni qolf meydançasının tikintisi zərurəti ilə əlaqələndirib. ABŞ Prezidenti qeyd edib ki, məhkəmə hakiminin layihəyə mane olmaq üçün siyasi baxımdan əlindən gələni etməsinə baxmayaraq, baş verənlər, onun fikrincə, ilahi iradənin təzahürüdür.

Tramp daşqınların qarşısını almaq və yaşıllıq sahələrini qorumaq üçün mühafizə qurğularının əhəmiyyətli dərəcədə möhkəmləndirilməli və hündürləşdirilməli olduğunu vurğulayıb.

O bildirib ki, ABŞ Daxili İşlər Nazirliyi təhlükəsizlik səbəbindən qolf meydançasını bağlayıb və obyektin yenidən qurulması layihəsinin həyata keçirilməsinə təcili icazə verilməsi üçün federal hakim Ana Reyesə müraciət edib.

Amerika lideri apellyasiya məhkəməsinə müraciət etməyin də mümkünlüyünü istisna etməyib.

Qeyd edək ki, Tramp administrasiyasının tarixi qolf meydançasının yenidən qurulması ilə bağlı planları daha əvvəl məhkəmə mübahisəsinə səbəb olub.

Oxşar xəbərlər

Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər