Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi
Hollivudun keçmiş məşhur cütlüyü Ancelina Coli və Bred Pitt arasındakı illərdir davam edən gərgin məhkəmə prosesi bitib.
Far.Az "Entertainment Tonight"a istinadən xəbər verir ki, onlar Fransadakı şərab zavodunun mülkiyyəti uğrunda uzun müddətdir davam edən hüquqi mübahisəyə son qoyublar.
Keçmiş cütlüyün "Entertainment Tonight" (ET) nəşrinə verdikləri birgə açıqlamada razılığa gəldiklərini bildiriblər:
"Ailəmizin mənafeyini üstün tutaraq məsələni məhkəmədənkənar qaydada həll etdik və bu mövzuda əlavə şərh verməyəcəyik. Mətbuatda dırnağarası mənbələrə istinadən yayılan hər hansı açıqlamalar nə bizə, nə də bizə yaxın olan şəxslərə aiddir".
Xatırladaq ki, tərəflər arasındakı bu gərginlik 2022-ci ildə Bred Pittin Ancelina Colini məhkəməyə verməsi ilə başlamışdı. Aktyor keçmiş həyat yoldaşını vaxtilə birlikdə aldıqları "Chateau Miraval" şərab zavodundakı payını onun icazəsi olmadan satmaqda ittiham edirdi.
Həmin il Coli də qarşılıqlı iddia qaldırmış və Pittə qarşı zorakılıq ittihamları irəli sürmüşdü. Aktyorun vəkili o zaman bu iddiaları qəti şəkildə təkzib etmiş, hüquq-mühafizə orqanları isə hadisəni araşdırdıqdan sonra Pittə qarşı heç bir rəsmi ittiham irəli sürməmişdi.
Ancelina Coli də öz növbəsində şikayətçi olmaqdan imtina etmişdi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Bred Pittin çəkildiyi filmin rejissoru: "Səhv etsəydi, divara çırpıla bilərdi"
Bred Pittin qızı rəsmi olaraq atasının soyadından İMTİNA ETDİ
62 yaşlı Bred Pitt 33 yaşlı sevgilisi ilə görüntüləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Rahim Sterlinqin cəzası məlum oldu













