Rusiyada eyni klinikada işləyən azərbaycanlı və erməni iki həkimin səs-küy yaradan dostluğu
Far.Az xəbər saytı

Rusiyada eyni klinikada işləyən azərbaycanlı və erməni iki həkimin səs-küy yaradan dostluğu


Rusiyada yaşayan azərbaycanlı Şamil Həsənovla erməni David Aleksanyanın dostluğu sosial şəbəkələrdə gündəm olub.

BAKU.WS İTV-yə istinadən xəbər verir ki, eyni klinikada işləyən həkimlər müxtəlif vaxtlarda birlikdə çəkilmiş foto və videolarını paylaşaraq izləyicilərin diqqətini cəlb edirlər. Münasibətləri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunsa da, bu, onların dostluğuna təsir etmir.

Həkimlər paylaşımlarında iki xalq arasında mübahisə doğuran məsələlərə də yumorla yanaşırlar. Onlardan biri dolmanın hansı xalqa məxsus olması ilə bağlı zarafatlaşmalarıdır.

Şamil və Davidin ortaq arzusu Azərbaycan və Ermənistan xalqları arasında münasibətlərin normallaşması, fikir ayrılıqlarının isə gələcəkdə yalnız dolma kimi mövzular ətrafında qalmasıdır.

Onların dostluğu insanlar arasında qarşılıqlı hörmətin, ünsiyyətin və anlayışın düşmənçilikdən daha üstün olduğunu göstərən nümunə kimi diqqət çəkir.

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər