Kim Çen In: KXDR hegemonluq və ya ekspansiya iddiasında deyil
Far.Az xəbər saytı

Kim Çen In: KXDR hegemonluq və ya ekspansiya iddiasında deyil


Koreya Xalq Demokratik Respublikası (KXDR) hegemonluq və ya ekspansiya siyasəti yürütmür və suverenliyinə hörmət edən dövlətlərlə dostluq münasibətlərini inkişaf etdirməyə hazırdır.

"Far.Az" xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In 10 ölkənin səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, KXDR-in xarici siyasətinin əsas dəyərləri sülh, inkişaf və rifahdır. Kim Çen In vurğulayıb ki, Pxenyan hegemonluğa və ekspansiyaya can atmır, güc tətbiqi və məcburetmə Şimali Koreyanın xarici siyasət prinsiplərinə ziddir.

Şimali Koreya liderinin sözlərinə görə, ölkə qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əməl edən bütün dövlətlərlə əlaqələri möhkəmləndirmək niyyətindədir.

O, həmçinin beynəlxalq vəziyyətin qeyri-sabit olduğu bir şəraitdə hökumətin əsas vəzifəsinin ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf hüququnu qorumaq olduğunu bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər