Sneyder Serxio Ramosun hədiyyə etdiyi formanı hərracda 65 min avroya satıb
Far.Az xəbər saytı

Sneyder Serxio Ramosun hədiyyə etdiyi formanı hərracda 65 min avroya satıb


Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder İspaniya yığmasının keçmiş müdafiəçisi Serxio Ramosun ona hədiyyə etdiyi formanı hərracda 65 min avroya satıb.

"Report" xəbər verir ki, bu barədə İspaniyanın "Cadena SER" radiostansiyası məlumat yayıb.

Bildirilir ki, Serxio Ramos sözügedən formanı 2010-cu ildə keçirilən dünya çempionatının final matçından sonra Sneyderə hədiyyə edib. Həmin qarşılaşmada İspaniya seçməsi əlavə vaxtda Niderlandı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Sneyder eyni hərracda final oyununda geyindiyi öz formasını da satışa çıxarıb və ona görə 5 min avro əldə edib.

Qeyd edək ki, Uesli Sneyder 2007–2009-cu illərdə Madridin "Real" klubunda Serxio Ramosla birgə çıxış edib. O, 2003–2018-ci illərdə Niderland komandasının formasını geyinib, 134 oyunda 31 qol vurub. Bu göstərici ilə Sneyder milli komandanın tarixində ən çox oyun keçirən futbolçu rekordunun sahibidir.

Sabiq yarımmüdafiəçi Niderlandın heyətində 2010-cu ildə dünya çempionatının gümüş, 2014-cü ildə isə bürünc medalını qazanıb. O, həmçinin 2004-cü il Avropa çempionatının bürünc mükafatçısı olub.

Oxşar xəbərlər

ABŞ-nin Bakıdakı səfirliyi avtomobillərini satışa çıxarıb
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Azərbaycanda bank maşınları satışa çıxarıldı - 4 min manatdan başlayır
Avropanın TOP-5 liqasında mövsümün sürpriz bombardirləri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər