Boçorişvili: Azərbaycan və Gürcüstanın layihələri Aİ-yə fayda gətirir
Far.Az xəbər saytı

Boçorişvili: Azərbaycan və Gürcüstanın layihələri Aİ-yə fayda gətirir


Azərbaycan və Gürcüstanın həyata keçirdiyi layihələr Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir və ona fayda gətirir.

"Report" xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili bu gün Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Gürcüstan ilə Azərbaycan arasındakı münasibətlər və həyata keçirdiyimiz layihələr artıq Avropa və Avropa İttifaqı (Aİ) ölkələri üçün strateji əhəmiyyət kəsb edir. Bu gün onların əhəmiyyəti artır. Həmkarım Avropanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra mühüm məsələlərə toxundu. Gürcüstan-Azərbaycan əməkdaşlığı və uzun illər boyu həyata keçirdiyimiz layihələr artıq onun təhlükəsizliyinə töhfə verir. Ölkələrimiz bu əməkdaşlığı özləri qurublar. Bu gün söhbət enerji təhlükəsizliyindən, enerji təchizatı mənbələrinin şaxələndirilməsindən və nəqliyyat əlaqələrinin inkişafından gedir. Bütün bunlar Avropa gündəliyində yer alan olduqca vacib məsələlərdir", - o qeyd edib.

Onun sözlərinə görə, bu layihələr Gürcüstan və Azərbaycan arasında onilliklər ərzində formalaşmış sıx əməkdaşlığın, dostluğun və tərəfdaşlığın nəticəsi olub.

"Biz bu imkanlardan Avropanın rifahı və onun təhlükəsizliyi naminə istifadə etməliyik. Qarşımızda hansı imkanların açıldığını anlamaq üçün xəritəyə baxmaq kifayətdir. Artıq bu istiqamətdə iş təcrübəmiz var. Gürcüstan da Avropa İttifaqı ilə münasibətlər üzrə gündəliyə malikdir. Hamımızın yaxşı bildiyi kimi, Gürcüstan Aİ-yə üzv olmaqda maraqlıdır. Bunun üçün ilk növbədə Avropa tərəfi ilə dialoq və əməkdaşlığın gücləndirilməsi zəruridir", - o qeyd edib.

Boçorişvili əlavə edib ki, Tbilisi və Bakı Aİ ilə əməkdaşlığı və tərəfdaşlığı davam etdirməyə, müxtəlif regionlarda sülh və sabitliyə töhfə verməyə hazırdır.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər