Azərbaycan buğda idxalına çəkdiyi xərci 17 %-ə yaxın artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 253,3 milyon ABŞ dolları dəyərində 1 milyon 203 min 525 ton buğda idxal edib.
"Report" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 35,6 milyon ABŞ dolları və yaxud 16,7 %, həcmi isə 193 min 911 ton və yaxud 19,2 % artıb.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,6 %-ni təşkil edib.
10 ayda Azərbaycan xarici ölkələrlə 43 milyard 189 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,7 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 27 milyard 921 milyon ABŞ dolları ixracın, 15 milyard 268 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 29,05 % artıb, idxal isə 20,6 % azalıb.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Dövlət-özəl tərəfdaşlığı: Aqrar sektorun inkişafında yeni mərhələ - TƏHLİL
Azərbaycanın MDB ölkələrinə ixracı 14 %-ə yaxın artıb, idxalı isə 52 % azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Rahim Sterlinqin cəzası məlum oldu













