Fitso: Slovakiya Aİ-nin Ukrayna üçün 45 milyard avroluq kreditinə qoşulmayacaq
Slovakiya Ukraynaya Avropa İttifaqı (Aİ) tərəfindən ayrılması nəzərdə tutulan 45 milyard avro məbləğində yeni kreditin verilməsində iştirak etmək niyyətində deyil.
"Report"un məlumatına görə, bunu Slovakiyanın Baş naziri Robert Fitso "Facebook" səhifəsində yayımladığı video müraciətində bildirib.
Hökumət başçısının sözlərinə görə, Bratislava Ukrayna üçün nəzərdə tutulan əvvəlki 90 milyard avroluq kredit proqramında da iştirak etməyib və mövqeyini dəyişmək niyyətində deyil.
Fitso qeyd edib ki, Slovakiya Kiyevə humanitar yardım göstərməyə davam edir. Lakin onun fikrincə, Rusiya-Ukrayna münaqişəsinin uzanmasına şərait yaradan hərbi kreditdə iştirak etmək üçün heç bir əsas yoxdur.
Məsələnin bazar ertəsi Bratislavada müzakirə olunması planlaşdırılır. Görüşdə Polşa, Çexiya, Slovakiya və Macarıstanın baş nazirləri, həmçinin Avstriyanın Kansleri iştirak edəcəklər.
Xatırladaq ki, daha əvvəl Almaniya Kansleri Fridrix Merts bildirib ki, Aİ-nin bütün üzv dövlətləri 2027-ci ildə və sonrakı dövrdə Ukraynaya maliyyə dəstəyi öhdəliyini üzərinə götürməsə, ittifaqın növbəti yeddiillik büdcəsi bloklana bilər.
Buna cavab olaraq Robert Fitso Berlinin təzyiqlərinə boyun əymək niyyətində olmadığını bəyan edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3
Bratislavada İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan və Slovakiya prezidentləri Bratislavada "Azadlıq Qapısı" abidəsini ziyarət ediblər
İlham Əliyev və Peter Pelleqrini Bratislavada Devin qəsrində olublar
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"













