Yaponiyada donanmanın nüvə sualtı qayıqları ilə təchizatı ehtimalı qaldırılıb
Far.Az xəbər saytı

Yaponiyada donanmanın nüvə sualtı qayıqları ilə təchizatı ehtimalı qaldırılıb


Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) əsas milli təhlükəsizlik sənədlərinin nəzərdən keçirilməsi çərçivəsində nüvə sualtı qayıqlarının istifadəyə verilməsi məsələsinin müzakirəsini istisna etməyib.

"Report"un "Kyodo News"a istinadən məlumatına görə, LDP-nin Təhlükəsizlik üzrə Tədqiqat Şurasının baş katibi Keytaro Ono bu barədə Yaponiyanın ictimai telekanalı NHK-də bildirib.

Onun sözlərinə görə, nüvə sualtı qayıqlarının alınması məsələsini müzakirə etmək ehtimalı əvvəlcə hakim partiyanın gündəliyində istisna olunmayıb.

Bununla belə, K.Ono belə təşəbbüsün həyata keçirilməsinin istismar, texnoloji təminat və təhlükəsizlik məsələləri də daxil olmaqla, bir sıra çətinliklərlə dolu olduğunu etiraf edib.

O, həmçinin nüvə sualtı qayıqlarının istifadəsinin müəyyən aspektlərinin Yaponiya ictimaiyyəti arasında çaşqınlığa səbəb ola biləcəyini qeyd edərək, bu məsələnin hərtərəfli nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

Yaponiya mediası əvvəllər hökumətin Dəniz Özünümüdafiə Qüvvələrinin nüvə sualtı qayıqları ilə təchiz edilməsi perspektivlərini araşdırmaq üçün yenilənmiş milli təhlükəsizlik sənədlərinə müddəaların daxil olunmasını nəzərdən keçirdiyini xəbər verib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Yaponiyada HDQ-nin atom sualtı qayıqları ilə təchiz edilməsinə dair müzakirələr istisna edilmir
Katsuya Vatanabe: Azərbaycandakı nəqliyyat və BOEM layihələri Yaponiya şirkətlərini cəlb edir – Müsahibə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər