Aqil Məmmədova "polkovnik" ali hərbi rütbəsi verildi
Far.Az xəbər saytı

Aqil Məmmədova "polkovnik" ali hərbi rütbəsi verildi


Vətən müharibəsi iştirakçısı Aqil Əli oğlu Məmmədova "polkovnik" ali hərbi rütbəsi verilib.

Far.Az "Unikal"a istinadla xəbər verir ki, əslən Lerik rayonunun Xəlifəküçə kəndindən olan A.Məmmədov Vətən qarşısında xüsusi xidmətlərinə görə bu rütbəyə layiq görülüb.

​1980-ci il mayın 9-da Xəlifəküçə kəndində dünyaya göz açan Aqil Məmmədov ​2001-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmətə başlayan zabit illər ərzində taqım komandiri, bölük komandiri, tabor komandiri və müxtəlif qərargah vəzifələrində çalışıb.

O, "Vətən uğrunda", "Şücaətə görə", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalları ilə təltif olunub.

​Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmətini davam etdirir.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər