"Qarabağ" və "Şamaxı" növbəti qələbələrini qazandılar
Misli Premyer Liqasının XIII turunda növbəti qarşılaşmalar keçirilib. "Şamaxı" doğma meydanda "Qəbələ"ni, "Qarabağ" isə "Sumqayıt"ı məğlub edib.
Far.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. Ayman Bouali 11-ci, Edqar Adilxanov isə 61-ci dəqiqədə fərqlənərək komandasına üç xal qazandırıb.
Turun son qarşılaşmasında isə "Qarabağ" "Azərsun Arena"da "Sumqayıt"ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində Aleksandr Kaşuk, Renaldo Sefas, Taofik İsmail və Musa Qurbanlı, "Sumqayıt"da isə İsa Suliman və Emil Mustafayev qol vurublar.
Bu nəticələrdən sonra "Qarabağ" 23 xalla dördüncü, "Şamaxı" 17 xalla yeddinci pillədə qərarlaşıb. "Sumqayıt" 10 xalla onuncu, "Qəbələ" isə 11 xalla doqquzuncu yerdədir.
Oxşar xəbərlər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
İsa Qəmbərin xəyanət dosyesi: Antimilli şəbəkənin cavab vermək zamanı çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













