Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur
Far.Az xəbər saytı

Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur


Xəzər dənizinin dayazlaşması və səviyyəsinin dəyişməsi bütün Xəzəryanı dövlətlərdə narahatlıq doğurur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Süni intellekt dünyasına səyahət" konfransında məktəblilər və tələbələrlə görüş zamanı bildirib.

"Xəzər dənizinin səviyyəsi gah enir, gah qalxır. İndi getdikcə daha çox enir. Bu, Xəzər regionunun bütün ölkələrində narahatlıq doğurur", - o qeyd edib.

Putin narahatlıq doğuran digər ekoloji amil kimi Aral dənizinin qurumasını qeyd edib və hazırda ora suyun son dərəcə yavaş qayıtdığını bildirib. O vurğulayıb ki, Xəzərin, həmçinin Aral dənizinin öyrənilməsi müasir tədqiqatçıların qarşısında duran mühüm və çox qlobal vəzifədir.

Oxşar xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Məktəblilər DSX-nin hərbi akademiyasını ziyarət edib
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər