Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi
Xankəndi şəhərində 14 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda təqsirləndirilən şəxs həbs edilib.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ağdam rayon sakini, 2008-ci il təvəllüdlü Məmməd Məmmədov (ad və soyadlar şərtidir) cinayət məsuliyyətinə cəlb olunub.
Araşdırmalar zamanı müəyyən edilib ki, 2025-ci il dekabrın 31-də Ağdam sakini Mustafa Mustafayev dostu Məmmədlə birlikdə Ağdamdan Xankəndiyə gedib. Onlar şəhərin mərkəzi meydanında Mustafanın tanışı olan qızla görüşüblər. Həmin vaxt qızın yanında 2012-ci il təvəllüdlü Südabə də olub və Məmməd onunla tanış olub. Daha sonra onlar Xankəndidəki evə gediblər. Burada Məmməd 14 yaşına çatmayan qıza qarşı qanunsuz hərəkətlərə yol verib.
Hadisədən bir neçə gün sonra Südabə ailəsini xəbərdar etmədən Bakıya qaçıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində tapılan qız ailəsinə təhvil verilib. Bundan sonra onun Yeni il gecəsi başına gələn hadisə də üzə çıxıb və Ağdam sakini barəsində Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işinin materiallarına Xankəndi Şəhər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə 18 yaşlı Məmməd üç il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə prosesi müddətində ev dustaqlığında olan gənc məhkəmə zalındaca həbs edilib.
Oxşar xəbərlər
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Astarada Pəncəli Teymurovun ailəsini ziyarət ediblər
Diplomatik korpus Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Qaradağda palçıq vulkanı püskürüb













