Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasındakı dialoq iki ölkənin xalqlarının sülh və həmrəylik şəraitində yaşaya biləcəyi yeni reallıqların yaradılmasına yönəlib.
"Far.Az" xəbər verir ki, bunu dialoqun koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan həmin ölkənin mediasına müsahibəsində bildirib.
Koçinyanın sözlərinə görə, iki ölkənin vətəndaş cəmiyyətləri arasındakı qarşılıqlı fəaliyyət danışıqlar yox, dialoq xarakteri daşıyır, buna görə də hazırkı mərhələdə konkret ölçülə bilən nəticələrdən danışmaq mümkün deyil.
"Bu dialoq vasitəsilə biz onilliklər ərzində münaqişə, düşmənçilik və nifrət nəticəsində formalaşmış reallığı aradan qaldırmaqdan daha çox, keçmişlə yanaşı yeni normalıq, yeni reallıqlar və yeni tarix yaratmağa çalışırıq. Biz gələcəyə, cəmiyyətlərimizin sülh və qarşılıqlı anlaşma şəraitində qonşu kimi yaşaya biləcəyi reallıqların yaradılmasına yönəlmiş sülh gündəliyini müzakirə edirik", - o bildirib.
Koçinyanın sözlərinə görə, görüş iştirakçıları geniş məsələlər dairəsini, o cümlədən cari ilin aprelində baş tutmuş əvvəlki dialoqdan bəri baş verən hadisələri müzakirə ediblər.
"Həm hər iki cəmiyyətdə narahatlıq doğuran məsələlər, həm də iki ölkəmizi obyektiv olaraq sülhə, münasibətlərin normallaşmasına yaxınlaşdıran mövzular üzrə müzakirələr aparıldı", - o qeyd edib.
Koçinyan həmçinin bildirib ki, növbəti işlər komitələr çərçivəsində həyata keçiriləcək və onların adları, eləcə də fəaliyyət istiqamətləri barədə məlumat sonrakı press-relizlərdə təqdim olunacaq.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Qaradağda palçıq vulkanı püskürüb













