CEV Çelenc Kuboku: "DH Volley" 1/16 final mərhələsindəki ilk matçında Polşa klubuna uduzub
Far.Az xəbər saytı

CEV Çelenc Kuboku: "DH Volley" 1/16 final mərhələsindəki ilk matçında Polşa klubuna uduzub


Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" komandası CEV Çelenc Kubokunda növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, 1/16 final mərhələsinin ilk matçında Polşa təmsilçisi LKS-ni qəbul edən Durval De Santana Nunyesin baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub - 0:3 (13:25, 18:25, 22:25).

Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.

Xatırladaq ki, "DH Volley" əvvəlki raundda Danimarkanın "Holte IF" klubunu məğlub edib - 3:1, 3:0.

Oxşar xəbərlər

AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi baş tutub
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər